Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlıda sağlam həyat tərzi və davranış risk amilləri barədə maarifləndirici aksiya keçirilib

10 iyul 2023 | 16:05

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli 3378 nömrəli “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın həyata keçirilməsinə dair Sərəncamının 3.3.7.2. və 3.3.7.3. bəndlərinin icrası ilə bağlı Saatlı Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən sağlam həyat tərzi və davranış risk amilləri barədə, əhalinin müxtəlif təbəqələri, o cümlədən işləyən əhali üçün fiziki aktivliyə dair maarifləndirici materiallar-bukletlər, plakatlar, kitabçalar hazırlanaraq şəhərin mərkəzi hissəsində eləcə də rayonun müxtəlif ərazilərində, əhalinin asudə vaxtını mütəmadi keçirdiyi yerlərdə, parklarda rayon əhalisinə paylanılmışdır.

Keçidlər