Saatlılı yeniyetmə taekvondo idman növü üzrə ölkə birinciliyinin qalibi olub
27 oktyabr 2026-cı il tarixdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov taekvondo idman növü üzrə yeniyetmələr arasında keçirilən ölkə birinciliyində I yer tutan Ağaş Zamiq oğlu Yolçuzadə ilə görüşüb.
Görüşdə Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov, aidiyyəti qurumların nümayəndələri və idmançının məşqçi-müəllimi iştirak ediblər.
Rayon rəhbəri idmançını qazandığı uğur münasibətilə təbrik edərək ona gələcək yarışlarda uğurlar arzulayıb, ölkəmizdə idmanın inkişafına, yeniyetmə və gənclərə göstərilən dövlətin diqqət və qayğısını xüsusi vurğulayıb. Elçin Qiyasov da idmançını və onun məşqçi-müəllimini təbrik edib.
Sonda idmançıya Saatlı Rayon İcra Hakimiyyəti və Mil-Muğan Regional Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərman və hədiyyələr təqdim olunub.






