Ümumtəhsil müəssisələrində görüşlər keçirilmiş və müvafiq maarifləndirici materiallar məktəblərin giriş hissələrinə asılmışdır.
19 may 2023 | 16:08
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli 3378 nömrəli “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın həyata keçirilməsinə dair Sərəncamının 3.3.7.1. bəndinin icrası ilə bağlı Saatlı Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən hazırlanmış sağlam həyat tərzi barədə müxtəlif maarifləndirici materiallar rayonun ümumtəhsil məktəblərinin giriş hissələrində asılmışdır.
Mütəmadi olaraq məktəb kollektivi və şagirdlərli ilə maarifləndirici görüşlər keçirilmiş və hazırlanmış videoçarxlar onlara nümayiş etdirilmişdir.