Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov yanvarın 29-da Saatlı rayonunda ictimaiyyət nümayəndələri və fəallarla görüşüb.

29 yanvar 2016 | 16:00

29 yanvar 2016-cı il tarixdə Saatlı rayon Gənclər Mərkəzinin iclas zalında Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov ictimaiyyət nümayəndələri və fəallarla görüş keçirib. Keçirilən görüşdə Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Milli Məclisin deputatı Əhliman Əmiraslanov, habelə, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, ictimaiyyətin nümayəndələri, sahibkarlar olmaqla 200 nəfər iştirak edib.
Əvvəlcə Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək bildirib ki, ölkəmiz müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən, ölkənin inkişafına və modernləşdirilməsinə hədəflənmiş səmərəli dövlətçilik siyasəti nəticəsində ciddi uğurlar qazanıb. Bu uğurların təməlində düşünülmüş siyasət, sabitlik, iqtisadi islahatlar dayanır. Açıq dialoq şəraitində keçən görüşdə İcra Hakimiyyətinin başçısı cənab Siraqəddin Cabbarov Saatlı rayonunda görülən işlər və nəzərdə tutulan layihələr barədə məlumat verib və bildirilib ki, ölkə prezidentinin regionların sosial-iqtisadi inkişafına göstərdiyi böyük diqqət və qayğı nəticəsində respublikada, o cümlədən Saatlı rayonunda müasir infrastruktur, istehsal və emal müəssisələri yaradılıb, yeni iş yerləri açılıb.
Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov çıxışında bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və uzaqgörən siyasət nəticəsində ölkədə siyasi sabitlik, güclü iqtisadi potensial yaradılıb. İqtisadiyyatın şaxələndirilməsi, neft amilindən asılılığın azaldılması, biznes mühitinin təkmilləşdirilməsi, sahibkarlara dəstək göstərilərək iqtisadiyyatın mənfi təsirlərə qarşı dayanıqlılığının təmin edilməsi istiqamətində mühüm islahatlar aparılıb  
Hüseyn Bağırov nazirlik tərəfindən rayonda görülmüş işlərə də toxunub. Bildirilib ki, rayon əhalisinin ekoloji cəhətdən sağlam mühitə malik olması üçün bir sira tədbirlər görülüb, o cümlədən ölkə başçısının tapşırığına əsasən əksər kəndlər sutəmizləyici qurğularla təhciz edilib, geniş miqyasda yaşıllıq sahələri salınıb. Növbəti 2 il ərzində isə bölgənin daha 30 kəndində sutəmizləyici qurğuların quraşdırılacağı rayon ictimaiyyətinin diqqətinə çartdırılıb. Eyni zamanda Hüseyn Bağırov yeni iş yerlərinin açılması məqsədilə Saatlı rayonunda yerli şəraitə uyğun ağac cinslərinin yetişdirilməsi üçün tinglik təsərrüfatlarının yaradılması ilə bağlı Nazirliyin aidiyyəti qurumlarına tapşırıq verib.
Görüşdə iştirak edən millət vəkilləri də çıxışlarında mövcud şəraitdə iqtisadi sabitliyin qorunub saxlanılmasının əhəmiyyətini vurğulayıb, seçicilərin müraciət və təkliflərini səsləndirərək görülmüş işləri məqbul hesab ediblər. Sonda tədbir iştirakçıları, xüsusən də sahibkarlar regionlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Keçidlər