Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda “Xocalı” faciəsinin iyirmi dördüncü ildönümü keçirilmişdir.

26 fevral 2016 | 16:00

26 fevral 2016-ci il tarixdə saat 11:00-da Xocalı soyqırımının iyirmi dördüncü ildönümü ilə əlaqədar rayonunun əmək kollektivləri, ictimaiyyət nümayəndələri, rayon sakinləri tərəfindən azərbaycanlıların soyqırımı abidə kompleksi ziyarət edilmiş, abidə kompleksi önünə tər gül-çiçək dəstələri qoyulmuş və Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompazisiya nümayiş olunmuşdur. Anım tədbirində ümumilikdə 5 min nəfər rayon sakini iştirak etmişdir.
Bundan əlavə şəhər və kənd inzibati ərazi dairələrində, yaşayış məntəqələrində, bütün əmək kollektivlərində Xocalı soyqırımına həsr olunmuş anım mərasimləri, mühazirələr keçirilmiş, ədəbi-bədii gecələr, foto və rəsm sərgiləri təşkil olunmuşdur.

Keçidlər