Qanunvericilik
Fərman və Sərəncamlar
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
___________________________________________________________________________________
“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında”
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsil infrastrukturunun yenidən qurulması məqsədi ilə qərara alıram:
1. Biləsuvar, Beyləqan, İmişli, Neftçala və Saatlı rayonlarında cəmi 824 şagird yerlik modul tipli 12 məktəbin (siyahı əlavə olunur) quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 4 172 000 (dörd milyon yüz yetmiş iki min) manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
Son illər əhalinin təbii qaza tələbatının təmin edilməsi istiqamətində bir sıra vacib tədbirlər həyata keçirilmiş, qaz təchizatı infrastrukturu yenidən qurulmuş, təbii qazla təchiz olunmayan yaşayış məntəqələrinə qaz kəmərləri çəkilmiş, əhaliyə verilən təbii qazın dəyərinin tam həcmdə ödənilməsini təşkil etmək məqsədilə sayğaclaşma işləri aparılmışdır.Əhalinin təbii qaza olan tələbatının ödənilməsi məqsədi ilə həyata keçirilmiş qazlaşdırma işləri nəticəsində ölkə üzrə qazlaşma səviyyəsi 93 faizə çatdırılmış və bu önəmli strateji sosial layihənin həyata keçirilməsində dövlət tərəfindən yüksək maliyyə dəstəyi göstərilmişdir.
Yaşayış məntəqələrinin qazlaşdırılması işini davam etdirməyin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2018-ci ilin sonuna kimi ölkədə qazlaşma səviyyəsinin 95 faizə çatdırılması istiqamətində işlərin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.41.1-ci yarımbəndində göstərilmiş məbləğin 100,0 (yüz) milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılsın (siyahı əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
Saatlı rayonu
1 Məzrəli kəndi
2 Azadkənd kəndi _________________________________________________________________________________________
Son illərdə ölkədə məktəbəqədər təhsil müəssisələrinin inkişafı istiqamətində mühüm addımlar atılmış, müxtəlif şəhər və rayonlarda məktəbəqədər təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası istiqamətində uğurlu işlər görülmüşdür.
Sərəncamına Əlavə
4 Gədəbəy rayonunun Miskinli kəndində 60 yerlik körpələr evi-uşaq bağçasının tikintisi 1 130 000
5 Zərdab rayonunun Gəlmə kəndində 60 yerlik körpələr evi-uşaq bağçasının tikintisi 963 000
6 Qəbələ şəhərində 1 nömrəli 120 yerlik körpələr evi-uşaq bağçasının tikintisi 1 903 000
7 Ağdaş şəhərində 8 nömrəli 80 yerlik uşaq bağçasının tikintisi 1 127 000
8 Saatlı rayonunun Cəfərxan kəndində 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi 1 512 000
9 Tovuz rayonunun Qovlar şəhərində 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi 1 380 000
10 Cəlilabad şəhərində 8 nömrəli 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi 1 273 000
11 Astara rayonunun Səncərədi kəndində 60 yerlik uşaq bağçasının tikintisi 960 000
12 Biləsuvar rayonunun Xırmandalı kəndində 40 yerlik körpələr evi-uşaq bağçasının tikintisi 854 000
13 Lerik rayonunun Noda kəndində 50 yerlik uşaq bağçasının tikintisi 1 161 000
14 Qobustan şəhərində 2 nömrəli 100 yerlik uşaq bağçasının tikintisi 1 391 000
15 Şəmkir şəhərində 8 nömrəli 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi 1 669 000
1. Dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Saatlı–Dədə Qorqud–Əhmədbəyli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 700 (yeddi yüz) min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
1. On iki min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Saatlı-Musalı-Dəlilər-Novruzlu avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,8 milyon (üç milyon səkkiz yüz min) manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
Hazırda 790 min nəfər əhalisi olan 16 şəhər və rayon mərkəzində içməli su təchizatı sisteminin yenidən qurulması, 15 rayonun 77 min nəfərdən çox əhalisi olan 100 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğuların quraşdırılması işləri aparılır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin davam etdirilməsi məqsədi ilə qərara alıram:
1. Əhalinin içməli su ilə təmin edilməsi məqsədi ilə 28 rayonun 271 min nəfərdən çox əhalisi olan 170 yaşayış məntəqəsində (siyahı əlavə olunur) içməli su təchizatı sisteminin qurulması üçün “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.53-cü bəndində nəzərdə tutulmuş 14,0 (on dörd) milyon manat “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.[1]
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Saatlı rayonunun Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Əlli bir min nəfər əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirən Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 8,6 milyon (səkkiz milyon altı yüz min) manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etsinlər.
Azərbaycan Respublikasının Prezidenti
1. Qırx dörd min nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən Sımada-Qarayevkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,7 milyon (üç milyon yeddi yüz min) manatı Saatlı Rayon İcra Hakimiyyətinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Saatlı rayonunda bir sıra mühüm infrastruktur layihələri həyata keçirilmişdir. Ən müasir tələblərə cavab verən Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Şahmat məktəbi inşa edilmiş, Mərkəzi rayon Xəstəxanası əsaslı təmir olunmuş, təhsil və digər sosial yönümlü obyektlər istifadəyə verilmiş, yeni sənaye müəssisələri yaradılmış, 28 kənddə sutəmizləyici qurğular quraşdırılmış, 29 yaşayış məntəqəsini birləşdirən 4 avtomobil yolu layihəsi həyata keçirilmiş, körpülər salınmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.
Saatlı şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Saatlı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Saatlı Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
Qırx dörd min nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən Sımada-Qarayevkənd avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 3,5 milyon (üç milyon beş yüz min) manatı Saatlı Rayon İcra Hakimiyyətinə ayrılsın.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurla həyata keçirilməsi nəticəsində Saatlı rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində bir sıra mühüm işlər görülmüş, o cümlədən təhsil, səhiyyə, mədəniyyət və digər sosial yönümlü obyektlər tikilərək əhalinin istifadəsinə verilmiş, geniş miqyaslı yenidənqurma və abadlıq-quruculuq işləri həyata keçirilmişdir.
Saatlı şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2009–2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Saatlı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Saatlı Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
1. Saatlı rayonunun 6,6 min nəfər əhalisinin yaşadığı Əbilkənd, Əhmədbəyli, Cəfərxan, Hacıqasımlı, Nohurlu, Varxan yaşayış məntəqələrində modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 1,1 milyon (bir milyon bir yüz min) manat məbləğində vəsait ayrılsın.
Gənc nəslin sağlam böyüməsi üçün idmanın kütləviliyinin təmin olunması, gənclərin asudə vaxtının və istirahətinin səmərəli təşkili məqsədi ilə respublikanın bütün bölgələrində genişmiqyaslı məqsədyönlü iş aparılır. İndiyədək 31 Olimpiya İdman Kompleksi tikilmişdir, 8 belə kompleksin inşası isə davam etdirilir. Eyni zamanda bir çox idman qurğuları, stadionlar, gənclər mərkəzləri, mədəniyyət və istirahət ocaqları da yaradılmışdır.
Bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini və əhalinin müraciətlərini nəzərə alaraq Saatlı rayonunda Olimpiya İdman Kompleksinin və Gənclər Mərkəzinin tikilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Saatlı rayonunda Olimpiya İdman Kompleksinin və Gənclər Mərkəzinin tikintisinə başlamaq məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Saatlı Rayon İcra Hakimiyyətinə ilkin olaraq 1(bir) milyon manat vəsait ayrılsın.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etsin.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" Sabirabad, Saatlı, İmişli, Ağcabədi və Zərdab rayonlarında uğurla yerinə yetirilir. Qısa müddət ərzində rayonların sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş vermiş, bir sıra mühüm infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən əhalinin içməli su, elektrik enerjisi və təbii qazla təminatı yaxşılaşdırılmış, kəndarası yolların çəkilişi davam etdirilmiş, yeni təhsil, səhiyyə, mədəniyyət, idman müəssisələri və digər sosial yönümlü obyektlər tikilərək istifadəyə verilmişdir.
Əhalini narahat edən sosial əhəmiyyətli problemlərin həlli istiqamətində işlərin davam etdirilməsi və "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin tezləşdirilməsi üçün zəruri tədbirlər görülməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Sabirabad, Saatlı, İmişli, Ağcabədi və Zərdab rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan həmin rayonların icra hakimiyyətlərinin hər birinə 2 (iki) milyon manat vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etsin.
Azərbaycan Respublikasının Prezidenti
Ağcabədi, İmişli, Saatlı və Qusar rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində ölkənin bütün bölgələrində, o cümlədən Ağcabədi, İmişli, Saatlı və Qusar rayonlarında əsaslı dəyişikliklər baş vermiş, bir sıra mühüm layihələr həyata keçirilmişdir.
Bu istiqamətdə görülən tədbirlər çərçivəsində 14 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ağcabədi-Qaradolaq-Kəbirli, 41 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən İmişli-Qaravəlli-Mirili və 20 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Saatlı-Musalı-Məzrəli avtomobil yollarının əsaslı təmiri və bərpası üzrə hazırlıq işləri aparılır.
Eyni zamanda Qusar rayonunun turizm və aqrar potensialından səmərəli istifadənin gücləndirilməsi məqsədilə 16 min nəfərə yaxın sakini olan 27 kəndi birləşdirən Samur-Həzrə yolu qısa müddətdə tikilərək istifadəyə verilmiş, bu işlərin davamı olaraq, dağlıq ərazilərdəki 7 yaşayış məntəqəsini birləşdirən 22 kilometrlik strateji əhəmiyyətli Həzrə-Zuxul avtomobil yolunun yenidənqurulmasına başlanılmışdır.Yuxarıda göstərilən tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Ağcabədi-Qaradolaq-Kəbirli, İmişli-Qaravəlli-Mirili, Saatlı-Musalı-Məzrəli və Həzrə-Zuxul avtomobil yollarının yenidənqurulması məqsədi ilə Ağcabədi, İmişli, Saatlı, və Qusar rayon icra hakimiyyətlərinin hər birinə ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manat məbləğində vəsait ayrılsın.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Azərbaycan Respublikasının Prezidenti
Ağcabədi, Beyləqan, İmişli və Saatlı rayonlarında əhalinin səhiyyə xidməti ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla həyata keçirilməsi nəticəsində ölkənin bütün regionlarının həyatında köklü dəyişikliklər baş vermiş, bir sıra sosial əhəmiyyətli problemlərin aradan qaldırılması, o cümlədən səhiyyə xidmətinin daha da yaxşılaşdırılması üçün yeni imkanlar yaranmışdır. Əhalinin keyfiyyətcə yüksələn yaşayış səviyyəsi və həyat tərzinin tələblərinə uyğun olaraq müasir müalicə-diaqnostika mərkəzləri, xəstəxanalar, tibb məntəqələri inşa edilmiş, bütövlükdə səhiyyə sahəsinin maddi-texniki bazası əsaslı surətdə möhkəmləndirilmişdir.
Əhalinin müraciətlərini nəzərə alaraq “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin tezləşdirilməsi üçün Ağcabədi, Beyləqan, İmişli və Saatlı rayonlarında yeni xəstəxanaların tikintisi və təmiri məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Ağcabədi, Beyləqan, İmişli və Saatlı rayonlarında yeni xəstəxanaların tikintisi və təmiri məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə 5 milyon (beş milyon) manat məbləğində vəsait ayrılsın.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.Azərbaycan Respublikasının Prezidenti
Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı
Azərbaycan Respublikasında əhalinin ekoloji tələblərə cavab verən keyfiyyətli içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən keçirilmiş bir sıra tədbirlər nəticəsində Naxçıvan Muxtar Respublikasının bəzi rayonlarında, habelə Yevlax, Zərdab, Ağcabədi, Kürdəmir, İmişli, Sabirabad, Saatlı, Salyan, Neftçala və Biləsuvar rayonlarının 100 yaşayış məntəqəsində 2007-2008-ci illərdə modul tipli sutəmizləyici qurğuların quraşdırılmasına başlanılmış və bir çoxunda qurğular artıq əhalinin istifadəsinə verilmişdir.
Ölkənin regionlarında modul tipli sutəmizləyici qurğuların quraşdırılmasının gələcəkdə də davam etdirilməsi keyfiyyətli içməli su ilə bağlı problemləri olan yaşayış məntəqələrini ekoloji cəhətdən təmiz su ilə təmin edəcək və ümumilikdə əhalinin sosial rifahının yaxşılaşdırılmasına səbəb olacaqdır.
Modul tipli sutəmizləyici qurğulardan istifadə edilməsi nəticəsində ölkə əhalisinin keyfiyyətli içməli su ilə təmin edilməsi istiqamətində əldə edilmiş müsbət nəticələri nəzərə alaraq qərara alıram:
1. Kür və Araz çaylarının sularından, habelə digər su mənbələrindən istifadə edən ölkə əhalisinin keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə həmin çayların sahilboyunca yerləşən rayonların əlavə 200 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğuların quraşdırılmasına başlanılması üçün 2008-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 2 (iki) milyon manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın birinci bəndində nəzərdə tutulan vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:
- Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təklifləri əsasında yuxarıda göstərilən tədbirin həyata keçirilməsi üçün tələb olunan əlavə vəsaitin 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulacaq dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsü zamanı nəzərə alsın;
- bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti.
_________________________________________________________________________________________
Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı
Azərbaycan Respublikasında əhalinin ekoloji tələblərə cavab verən keyfiyyətli su ilə təminatının yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən mühüm tədbirlər həyata keçirilir. Bu sahədə son illər görülən işlərə baxmayaraq, hələ də bir sıra rayonlarda əhalinin təmiz su ilə təminatında problemlərin mövcudluğu müşahidə olunur. Qeyd olunanları nəzərə alaraq, Kür və Araz çaylarının sularından istifadə edən Naxçıvan Muxtar Respublikasının bəzi rayonlarında, habelə Yevlax, Zərdab, Ağcabədi, Kürdəmir, İmişli, Sabirabad, Saatlı, Salyan, Neftçala və Biləsuvar rayonlarında əhalinin su təminatını yaxşılaşdırmaq məqsədi ilə qərara alıram:
1. Kür və Araz çaylarının sularından istifadə edən 100 (yüz) yaşayış məntəqəsində 2007-2008-ci illərdə modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 3,0 milyon manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılsın ki, modul tipli sutəmizləyici qurğuların quraşdırılmasını və istifadəyə verilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki:
3.1. bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulan vəsaitin ayrılmasını təmin etsin;
3.2. bu layihənin həyata keçirilməsi üçün tələb olunan əlavə vəsaiti 2008-ci il dövlət büdcəsinin formalaşdırılması zamanı nəzərə alsın.
4. Quraşdırılmış sutəmizləyici qurğuların normal və fasiləsiz istismarını və onlara texniki xidmətin göstərilməsini təmin etmək məqsədi ilə həmin qurğular qanunvericiliyə uyğun olaraq, müvafiq bələdiyyələrin istifadəsinə verilsin.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.