İnfrastruktur
Poçt və Rabitə
Saatlı Poçt filialı əhaliyə və rayonda fəaliyyət göstərən təşkilatlara 21 kənd, 2 şəhər poçt şöbəsi və 1 poçt agentliyi vasitəsilə xidmət göstərir. Poçt filialı tərəfindən abonentlərdən elektrik enerjisi, qaz, su, telefon haqlarını qəbul etmək və digər bütün növ poçt xidmətləri göstərilməklə proqnoz tapşırıqlar artıqlaması ilə yerinə yetirilir.
2020- ci ilin yanvar-dekabr aylarında rayonun rabitə müəssisələri tərəfindən müəssisə-təşkilatlara və əhaliyə göstəriliən xidmətlərin faktiki qiymətlərlə dəyəri 649,0 min manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 103,1 min manat və ya 18,9 faiz çox olmuşdur. Rabitə xidmətlərinin həcmindən əhaliyə göstərilən rabitə xidmətlərinin dəyəri 637,2 min manat olmuşdur ki, bu da bütün rabitə xidmətlərinin 98,2 faizini təşkil edir. Əvvəlki illə müqayisədə əhaliyə göstərilən rabitə xidmətlərinin həcmi 120,1 min manat və ya 23,2 faiz artmışdır.
Göstəricilər |
2020-ci ildə (min manat) |
2019-cu ildə (min manat) |
Keçən ilin müvafiq dövrünə nisbətən faizlə |
Rabitə xidmətlərindən əldə olunan gəlir (min manat) |
649,0 |
545,9 |
118,9 |
O cümlədən əhaliyə göstərilən rabitə xidmətlərinin dəyəri min man |
637,2 |
517,1 |
123,2 |