Rayon haqqında
İqtisadiyyat
Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı 4-cü Dövlət Proqramı çərçivəsində Saatlı rayonunda görülmüş işlərlə bağlı statistik məlumatlar onu göstərir ki, nəzərdə tutulan tədbirlər yerinə yetirilir və uğurlar hər bir sahədə əldə olunur. Bütün bunlar isə makroiqtisadi sabitliyin qorunmasına, məhsul istehsalının artmasına əsaslı zəmin yaradır. Məlum olduğu kimi rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Muğan bölgəsinin mərkəzində yerləşən Saatlı rayonunda əlverişli təbii amillər, yerli resurslar olduğuna görə burada bütövlükdə kənd təsərrüfatının inkişafı, o cümlədən əkinçiliyin inkişafı başlıca vəzifə kimi daim diqqətdə saxlanılmışdır. Cins heyvandarlıq, quşçuluq və kənd təsərrüfatının digər sahələri ilə yanaşı, bitkiçilikdə ənənəvi sahələr olan taxılçılıq və pambıqçılığın inkişafına xüsusi önəm verilməsi daha vacibdir.
Makroiqtisadi göstəricilər
2023-cü ildə əvvəki illə müqayisədə ümumi məhsul buraxılışının həcmi 10989,1 min manat və ya müqayisəli qiymətlərlə 4,0 faiz artaraq, 421199,9 min manat olmuşdur.
Ümumi məhsul buraxılışının həcmi müqayisəli qiymətlərlə tikinti sahəsi üzrə 54,5 faiz, informasiya və rabitə sahəsi üzrə 17,5 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsi üzrə 7,3 faiz, ticarət: nəqliyyat vasitələrininin təmiri sahəsi üzrə 0,8 faiz artmışdır. Əvvəlki illə müqayisədə pərakəndə ticarət dövriyyəsinin həcmi 29282,9 min manat və ya müqayisəli qiymətlərlə 10,0 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi isə 3400,0 min manat və ya müqayisəli qiymətlərlə 11,2 faiz artmışdır. 2023-cü ilin yanvar-noyabr ayları ərzində bir işçiyə hesablanmış orta aylıq nominal əməkhaqqı 568,1 manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 64,8 manat və ya 12,9 faiz çoxdur.
Kənd təsərrüfatı
2023-cü il ərzində 7087,0 ton ət diri çəkidə, 41898,8 ton süd və 14555 min ədəd yumurta və 231,6 ton yun istehsal edilmişdir. Rayon üzrə bütün təsərrüfat kateqoriyaları üzrə iri buynuzlu mal-qara 68122 baş, o cümlədən inək və camışların sayı 32657 baş, qoyun və keçilərin sayı 116757 baş olmuşdur. Əvvəlki illə müqayisədə iri buynuzlu mal-qaranın baş sayı 221 baş, qoyun və keçilərin baş sayı 255 baş artmışdır. Rayon üzrə 2023-cü ilin məhsulu üçün 2022-ci ilin payızında 14873 hektar sahədə buğda, 4928 hektar sahədə isə arpa əkilmişdir. 14873 hektar buğda əkin sahəsindən 63062,3 ton (hər hektardan 42.4 sentner olmaqla) buğda məhsulu, 4928 hektar arpa əkin sahəsindən 17847,3 ton (hər hektardan 36,2 sentner olmaqla) arpa məhsulu yığılmışdır.
2023-cü il ərzində 12624,1 hektar sahədə pambıq, 364 hektar sahədə kartof, 2463,5 hektar sahədə bostan 812,2 hektar sahədə tərəvəz əkilmişdir. İl ərzində rayonda fəaliyyət göstərən pambıq zavodları tərəfindən 38338,1 ton xam pambıq tədarük edilmişdir
Sənaye
2023-сü il ərzində sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən faktiki qiymətlərlə 67624,7 min manatlıq və ya 2022-ci ilə nisbətən müqayisəli qiymətlərlə 3,1 faiz az sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. İstehsalın 93,38 faizi sənaye məhsulları, 6,62 faizi isə sənaye xarakterli xidmətlərdən ibarət olmuşdur.
İstehsal olunan sənaye məhsulu və xidmətlərin 93,38 faizi emal və mədənçıxarma sənayesi bölməsinin, 4,38 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 2,24 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin payına düşür. Ümumi istehsalda qeyri-dövlət sektoru 72,4 faiz, dövlət sektoru isə 27,6 faiz təşkil etmişdir.
01 yanvar 2024-cü il tarixinə sənaye müəssisələrinin anbarlarında 36832,4 min manatlıq hazır məhsul qalığı olmuşdur.
Mal və xidmətlərin 57734,2 min manat və ya 85,4 faizi hüquqi şəxslər, 9890,5 min manat və ya 14,6 faizi isə fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən istehsal olunmuşdur.
Sənaye istehsalçıları tərəfindən yanvar-dekabr ayları ərzində 19103,0 ton pambıq mahlıcı, 24006,7 ton pambıq çiyidi, 900,0 ton pambıq lint-tiftiyi, 59,9 ton pambıq ulyuku, 969,4 ton biyan turşusu, 310,1 ton biyan kipi istehsal olunmuşdur.
Əsaslı tikinti
2023-сü il ərzində tikinti təşkilatları və fərdi sahibkarlar tərəfindən 6964,4 min manat həcmində tikinti işləri yerinə yetirilmişdir. Görülmüş tikinti işlərinin 4627,6 min manatını və ya 66,4 faizini tikinti, yenidənqurma, genişləndirmə, texniki avadanlıqlar və cihazlarla yenidən təchiz edilməsi işləri, 647,2 min manatını və ya 9,3 faizini əsaslı təmir, 1661,2 min manatını və ya 23,9 faizini cari təmir, 28,4 min manatını və ya 0,4 faizini isə sair işlər təşkil etmişdir.
İl ərzində istifadəyə verilmiş əsas fondların dəyəri 2463,6 min manat təşkil etmiş və əvvəlki illə müqayisədə 94,6 faiz az olmuşdur.
2023-сü il ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyanın həcmi 11723,0 min manat olaraq əvvəlki illə müqayisədə 63,0 faiz çox olmuşdur. İstifadə olunan investisiyanın 7776,1 min manatı və ya 66,3 faizi dövlət vəsaiti, 3946,9 min manatı və ya 33,7 faizi isə qeyri dövlət vəsaitləri hesabına olmuşdur.
Cari il ərzində əhalinin şəxsi vəsaiti hesabına ümumi sahəsi 4627,0 kv.m olan fərdi yaşayış evləri istifadəyə verilmişdir ki, bu da əvvəlki ilə nisbətən 3013,0 kv.m və ya 39,4 faiz az olmuşdur.
Nəqliyyat
2023-сü il ərzində nəqliyyat müəssisələri və nəqliyyat sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən məhsul buraxılışının həcmi 3616,3 min manat olmuşdur ki, ötən ilə nisbətən müqayisəli qiymətlərlə 1,4 faiz azalmışdır. Məhsul buraxlışının həcmindən 210,3 min manatı hüquqi şəxslərin, 3406,0 min manatı isə fiziki şəxslərin payına düşür. 2023-сü ilin yanvar-dekabr ayları ərzində fiziki şəxslər tərəfindən 7169,0 min sərnişin, 546,0 min ton yük daşınmışdır ki, bu da ötən illə müqayisədə 1288,0 min və ya 21,9 faiz çox sərnişin, 52,0 min ton və ya 10,5 faiz çox yük daşınmışdır.
Rabitə
2023-сü il ərzində rabitə müəssisələri tərəfindən müəssisə təşkilatlara və əhaliyə göstərilən xidmətlərin (ƏDV-siz) faktiki qiymətlərlə dəyəri 940,1 min manat olmuş və ötən illə müqayisədə 140,2 min manat və ya müqayisəli qiymətlərlə 17,5 faiz çox olmuşdur. Rabitə xidmətlərinin həcmindən əhaliyə göstərilən rabitə xidmətlərinin (ƏDV-siz) faktiki qiymətlərlə dəyəri 786,7 min manat olmuş və əvvəlki illə müqayisədə 105,6 min manat artmışdır.
Əmək bazarı
2023-cü ilin yanvar-dekabr aylarında rayonda inkişaf edən yeni iqtisadi münasibətlər şəraitində əhalinin iqtisadi fəallığı xeyli artmış və fəaliyyət sahələri genişlənmişdir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı” Dövlət proqramına uyğun olaraq rayonda yeni iş yerlərinin açılması sahəsində müəyyən işlər görülmüşdür.
2023-cü ilin yanvar-dekabr ayları ərzində 41 yeni iş yeri açılmışdır ki, bunun 24-ü yeni yaranmış, 14-ü mövcud və 3-ü isə fəaliyyəti bərpa edilmiş hüquqi şəxslərin payına düşür.
Pərakəndə ticarət dövriyyəsinin həcmi
2023-сü il ərzində pərakəndə ticarət dövriyyəsinin həcmi 321387,9 min manat olmuşdur ki, bunun da 29463,0 min manatı və ya 9,2 faizi hüquqi şəxslərin, 291924,9 min manatı və ya 90,8 faizi fərdi sahibkarların payına düşür.
Pərakəndə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 29282,9 min manat və ya müqayisəli qiymətlərlə 0,8 faiz artmışdır.
Pərakəndə ticarət dövriyyəsinin 157277,8 min manatı və yaxud 48,9 faizi ərzaq malları, içkilər və tütün məmulatlarının, 164110,1 min manatı və yaxud 51,1 faizi qeyri ərzaq mallarının payına düşür. Pərakəndə ticarət dövriyyəsinin 321382,0 min manatı və ya 99,9 faiz özəl sektorun payına düşür. Hesabat dövrünün sonuna pərakəndə ticarət şəbəkələrində mal qalığı 20197,6 min manat olmuşdur.
Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi
2023-сü il ərzində əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 33710,0 min manat olmuşdur ki, bunun da 6568,5 min manatı hüquqi şəxslərin, 27141,5 min manatı isə fərdi sahibkarların payına düşür.
Əhaliyə göstərilən ödənişli xidmətin həcmi əvvəlki illə müqayisədə 3400,0 min manat və ya müqayisəli qiymətlərlə 2,8 faiz artmışdır. Göstərilən ödənişli xidmətlərin həcmindən 4377,0 min manatı məişət xidməti olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 467,0 min manat və ya müqayisəli qiymətlərlə 2,0 faiz çoxdur. 2023-сü il ərzində iaşə dövriyyəsinin həcmi 6240,0 min manat olmuşdur. Bu da əvvəlki illə müqayisədə 893,0 min manat və ya müqayisəli qiymətlərlə 4,5 faiz çox olmuşdur.