İcra Hakimiyyəti
İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslər
Azərbaycan Respublikası
Saatlı rayonu İcra Hakimiyyəti başçısının
S Ə R Ə N C A M I
Saatlı şəhəri № 136
20 noyabr 2020-ci il
Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə Saatlı rayon İcra Hakimiyyəti adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi barədə
«Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanının 4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.15.6-cı bəndinə uyğun olaraq
q ə r a r a a l ı r a m:
1. Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə Saatlı rayon İcra Hakimiyyəti adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı təsdiq edilsin. (əlavə olunur)
2. Saatlı rayon İcra Hakimiyyəti başçısı aparatının İnformasiya təminatı və təhlil sektoruna tapşırılsın ki, rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə Saatlı rayon İcra Hakimiyyəti adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısının rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.
3. Rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə tapşırılsın ki, protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərlə bu sərəncamın mətninin tanış edilməsini təmin etsin.
4. Sərəncamın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Elmir Bağırov
Saatlı rayon İcra Hakimiyyəti başçısının
2020-ci il 20 noyabr tarixli 136 nömrəli
sərəncamı ilə təsdiq edilmişdir.
Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə Saatlı rayon İcra Hakimiyyəti adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin
S i y a h ı s ı
1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 190 və 251.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə – Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri, rayon İcra Hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, rayon İcra Hakimiyyəti başçısının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini, rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar, rayon İcra Hakimiyəti başçısının şəhər və kənd inzibati ərazi dairələr üzrə nümayəndələri
2. İnzibati Xətalar Məcəlləsinin 197.1 və 197.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə - rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, rayon İcra Hakimiyəti başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, rayon İcra Hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri, rayon İcra Hakimiyəti başçısının şəhər və kənd inzibati ərazi dairələr üzrə nümayəndələri
3. İnzibati Xətalar Məcəlləsinin 413 və 451-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə - rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, rayon İcra Hakimiyəti başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri, rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar
4. İnzibati Xətalar Məcəlləsinin 516-cı maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə - rayon İcra Hakimiyəti başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, rayon İcra Hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, rayon İcra Hakimiyəti başçısı aparatının -ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri müavini-dini qurumlarla işin təşkilatçısı, rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri və rayon İcra Hakimiyəti başçısının şəhər və kənd inzibati ərazi dairələr üzrə nümayəndələri
5. İnzibati Xətalar Məcəlləsinin 527, 530 və 532-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə – Rayon İcra Hakimiyyətinin başçısı, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon İcra Hakimiyəti başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri, Rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri.
Azərbaycan Respublikası
Saatlı rayonu İcra Hakimiyyəti başçısının
S Ə R Ə N C A M I
Saatlı şəhəri № 135
20 noyabr 2020-ci il
Saatlı rayon İcra Hakimiyyəti adından inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi haqqında
İnzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli 1256 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş ”Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.15.6-cı maddəsini rəhbər tutaraq
q ər a r a a l ı r a m:
1. “Saatlı rayon İcra Hakimiyyəti adından inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı” təsdiq edilsin (siyahı sərəncama əlavə olunur).
2. Rayon İcra Hakimiyyəti başçısı aparatının İnformasiya təminatı və təhlili sektoru rayon İcra Hakimiyyəti adından inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxslərin Siyahı”sının rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.
3. Rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə tapşırılsın ki, rayon İcra Hakimiyyəti başçısı aparatının bütün şöbə və struktur bölmələrinin işçiləri ilə bu sərəncamın mətninin tanış edilməsini təmin etsin.
4. Sərəncamın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Elmir Bağırov
Saatlı rayon İcra Hakimiyyətibaşçısının
2020-ci il 20 noyabr tarixli 135 nömrəli
sərəncamı ilə təsdiq edilmişdir.
Saatlı rayon İcra Hakimiyyəti adından inzibati xətalar haqqında
işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxslərin
S i y a h ı s ı
1. Saatlı rayon İcra Hakimiyyətinin başçısı;
2. Rayon İcra Hakimiyyəti başçısının müavinləri;
3. Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirləri;
4. Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirlərinin müavinləri;
5. Rayon İcra Hakimiyyəti başçısı aparatının sektor müdirləri;
6. Rayon İcra Hakimiyyəti başçısı aparatının baş məsləhətçiləri.